top of page

RahatMp3 saytı uğurla Public Beta versiyasını bitirdi. Beta və Stabil versiyalarının fərqi:

  • Writer: AsanMp3
    AsanMp3
  • Jun 15, 2020
  • 2 min read

Updated: Jul 14, 2021


Salam. Əvvəlki məlumatda RahatMp3 saytının Public Beta mərhələsinin bitəcəyi tarixi paylaşmışdıq. Nəhayət ki, həmin gün çatdı və bu gündən sayt Stabil versiyaya keçir. Saytı ona görə Beta versiyasında paylaşdıq ki, saytda problem olmasın və sayt Stabil versiyada daha düzgün çalışsın.

Saytın üzərində 1 may tarixindən etibarən çalışırıq. 1 may - 26 may tarixləri arasında saytda dizayn işləri ilə məşğul olmuşuq. 18 may - 27 may tarixləri arasında saytımızı Closed Beta (Qapalı Test) mərhələsində yayımlamışdıq. Sayta ilk musiqini 26 may tarixində yükləmişdik. 27 may (saat 19:00) tarixindən bu yana isə sayt Public Beta mərhələsində çalışır. Biz saytı ilk vaxtlar ona görə Beta versiyasında qoyduq ki, saytın həqiqətən Stabil formada işləməsindən əmin olaq. Buna görə də AsanMp3 saytı bu qərara gəldi ki, RahatMp3 saytının Public Beta mərhələsi bu gün bitsin və RahatMp3 saytı bu gündən Stabil versiyada çalışsın.


Bəs Beta və Stabil versiyalarının fərqi bilirsinizmi nədir? Aşağıdan xidmətlərimiz (AsanMp3 və RahatMp3) üçün istifadə etdiyimiz Beta versiyaları haqqında məlumat əldə edə bilərsiniz:

  • Beta (sınaq) versiyasında olan saytlar (proqramlar və s.) adətən bəzi xüsusiyyətlər düzgün işləməyə bilər və hər bir xüsusiyyət sınaq versiyasında olduğuna görə düzgün işləməyə bilər. Beta versiyaları ona görə həyata keçirilir ki, hər hansısa bir xüsusiyyət gətirilərkən düzgün işləyib, işləməməsindən əmin olmaq mümkün olsun. Buna görə də ən son yenliliklər Beta versiyalarına, daha sonra isə Stabil versiyasına gəirilir. İstifadə etdiyimiz Beta versiyaları iki yerə ayrılır:

  • Closed Beta (Qapalı Test) - xüsusi icazəsi olan şəxslər bu testlərdə iştirak edə bilər. Adətən, bu testdə bir çox xüsusiyyət düzgün işləməyə bilir.

  • Public Beta (İctimai Test) - bu testlərdə hər kəs iştirak edə bilər. Burada Closed Beta-ya nəzərən səhvlər daha az olur. Çünki, belə testlərdə hər kəsin iştirak etmək hüququ olur.

 
  • Stabil (Stable) - versiyaya isə yeniləmələr Beta versiyasına nəzərən gec gəlir. Çünki, belə versiyada olan xüsusiyyətlər heç bir xəta olmadığına görə yeniləmələr Beta versiyasına nəzərən gec gəlir.

Comentários


bottom of page