top of page

AsanMp3 saytı və RahatMp3 saytı barədə məlumat:

  • Writer: AsanMp3
    AsanMp3
  • Sep 22, 2021
  • 1 min read

Salam. Bildiyiniz kimi, keçən ildən etibarən (keçən il daxil) AsanMp3 və RahatMp3 saytlarının fəaliyyətlərinin yalnız yay fəslində olacağı bildirilmişdi. Həmin məlumatı oxumaq üçün bura klikləyin. Bu illik fəaliyyətimiz keçən ilkinə nəzərən daha yaxşı oldu. Bu il AsanMp3 və RahatMp3 saytındakı dəyişikliklər mükəmməl oldu. AsanMp3 saytına gələn bir çox gözlənilməz yeni xüsusiyyətlər, RahatMp3 saytının dizayn dəyişiklikləri və s. fikrimizcə çox gözəl oldu. Ətraflı məlumat üçün AsanMp3 saytı üçün bura, RahatMp3 saytı üçün bura klikləyin.


Bu illik fəaliyyətimiz 19 iyun tarixində başlayıb və bu gün, yəni 22 sentyabr tarixində tamamlayırıq. Bu illik fəaliyyətimiz üçün saytlara gətirilən yeniliklərin kifayət qədər əla olduğuna inanırıq. Buna görə də AsanMp3 komandası olaraq, bu illik fəaliyyətimizi bu gün tamamlamaq qənaətinə gəldik. Saytlar üçün sizin hər bir rəyiniz bizim üçün çox önəmlidir. Odur ki, 9-10 ay içərisində saytlar barədə hər hansı şikayətiniz və təklifiniz olarsa, AsanMp3 saytı üçün buradan, RahatMp3 saytı üçün isə buradan göndərə bilərsiniz.


Məlumatı axıra qədər oxuduğunuz üçün təşəkkür edirik! Bizə dəstək olan hər bir kəsə təşəkkür edirik! Gələn il yay fəslində görüşmək ümidilə ƏLViDA!

Comments


bottom of page