AsanMp3 və RahatMp3 saytları barədə məlumat:
- AsanMp3
- Aug 18, 2020
- 1 min read
Updated: Jul 14, 2021

Bu məlumat bir çoxunuz üçün gözlənilməz ola bilər. Təbii ki, biz söz verdiyimiz kimi AsanMp3 saytına və RahatMp3 saytına vaxtı-vaxtında musiqilər yüklədik. Saytlarda olan dəyişiklikləri Instagram səhifəmiz vasitəsilə xüsusən də, Facebook səhifəmiz vasitəsilə sizə bildirdik. Biz bununla əyləncəli və maraqlı vaxt keçirdik. RahatMp3 saytı 27 may 2020-ci il tarixində yaradılıb və həmin tarixdən etibarən fəaliyyətə başlayıb. AsanMp3 saytı isə 3 oktyabr 2018-ci il tarixində yaradılıb və həmin tarixdən etibarən fəaliyyətə başlayıb. Daha doğru desək, AsanMp3 saytının əvvəllər dəqiq fəaliyyət vaxtı yox idi (yəni, sayta 3 aydan bir, hətta 6 aydan bir musiqi yüklənilirdi və ya heç yüklənilmirdi). Buna görə də 2020-ci ildən belə bir qərara gəldik ki, AsanMp3 saytının və RahatMp3 saytının fəaliyyətinin sabit olması üçün hər iki sayt sezon vaxtı ilə işlədilsin. Bu il AsanMp3 saytı vaxtından əvvəl fəaliyyətə başladı. Səbəbi isə hazırkı COVID-19 virusuna görə gətirilmiş karantin rejimi bizə belə bir şərait yaratdı. Buna görə də belə bir qərara gəldik ki, bu gündən etibarən RahatMp3 saytı və AsanMp3 saytı üçün bu illik fəaliyyətimizi sonlandıraq. Saytlar barədə 10–11 ay içərisində nəsə problem(lər)iniz yaranarsa, AsanMp3 saytı üçün buradan, RahatMp3 saytı üçün isə buradan şikayət(lər)inizi göndərə bilərsiniz. Bizə dəstək olan hər bir istifadəçimizə təşəkkür edirik! Gələn il yay sezonunda yenidən görüşmək ümidilə ƏLVİDA!
Comments