top of page

Gizlilik Siyasəti:

Gizlilik Siyasətinə xoş gəlmisiniz. Gizlilik Siyasətini (bundan sonra "Qanun") axıra qədər oxumalısınız. RahatMp3 komandası (bundan sonra "Musiqi") olaraq, hər cihazda musiqinin sürətli və rahat yüklənməsi üçün şərait yaratmışıq. Bu sayt HTML5 protokolunu dəstəkləyən cihazlarda Rahatlıqla və problemsiz açılır. Bizim rəsmi olaraq heç bir cihaz üçün tətbiqimiz yoxdur.

RahatMp3 saytı Kukilərdən istifadə edir. Kuki Siyasətini oxumaq üçün bura klikləyin.

 

Məlumatların toplanması haqqında: "Musiqi" saytı sizin heç bir şəxsi məlumatınızı ehtiva etmir. Beləliklə, "Musiqi" komandası olaraq heç bir şəxsi məlumatınızı toplamırıq.

 

Məlumatların istifadəsi barədə: Şəxsi məlumatlarınızı heç bir şəkildə istifadə etmirik, çünki "Musiqi" saytı "Qanun"da göstərildiyi kimi heç bir şəxsi məlumatlarınızı toplamır.

Logo haqqında məlumat: Logo yalnız və yalnız saytımıza və sosial şəbəkələrimizə aiddir. Logo"nu icazəsiz götürmək və başqa yerlərdə paylaşmaq qəti qadağandır! Logo"nu götürməyə icazə verilmir!

 

Abunə məlumatları: Sayta abunə olduqda, Gizlilik Siyasətini qəbul etməlisiniz və abunə olduğunuz zaman adınız, soyadınız və e-poçtunuz məxfi saxlanılacaqdır. Buna görə də abunə olduqdan sonra şəxsi məlumatlarınız üçün narahat olmağa dəyməz.

 

Gizlilik Siyasətinin qəbul edilməsi haqqında: Bizim saytımızdan hər kəsin istifadə edə bilməsi üçün şərait yaratmışıq. Əgər saytdan siz istifadə edirsinizsə, "Qanun"u oxuyub, qəbul etmək məcburiyyətindəsiniz. "Qanun"u yalnızca saytı istifadə edərkən deyil, şikayət yazarkən və sayta abunə olarkən qəbul etməlisiniz. Əgər "Qanun"un şərtləri ilə razılaşmaq istəmirsinizsə, xidmətimizdən heç bir halda istifadə etməyin.

 

Sizin saytdan mənim E-poçtuma Geribildiriş haqqında cavab gəlib, amma Geribildirişi mən yazmamışam. Mən nə edə bilərəm:

Saytımızda "Geribildiriş" səhifəsi saytımızın istifadəçilərinin şikayət yazmaları üçün nəzərdə tutulmuşdur. Əgər E-poçt səhv yazılıbsa, bu barədə RahatMp3 saytı heç bir məsuliyyət daşımır. Həmin məsuliyyəti şikayəti yazan şəxs (E-poçtu yanlış yazan şəxs) daşıyır. Bəzən tələsərkən də E-poçt səhv yazıla bilər. Belə hal olarsa, AsanMp3 saytının Facebook və ya Instagram səhifələrindən birinə yazın ki, sonradan böyük problemlər ortalığa çıxmasın.

 

Bizimlə əlaqə: "Musiqi" saytı sayta "Facebook" və "Instagram düymələrini əlavə etdi ki, bizimlə tez və asanlıqla əlaqə saxlaya biləsiniz. Bu düymələr vasitəsilə Facebook və Instagram səhifələrimizə yönləndiriləcəksiniz.  Facebook və Instagram səhifələrimizin köməyilə bizimlə əlaqə saxlaya bilərsiniz.

 

Saytdakı səhvlər barədə: "Musiqi" saytı ilə bağlı hər hansı bir probleminiz varsa, bu barədə Facebook səhifəmizə bildirə bilərsiniz. Bundan əlavə saytın Geribildiriş bölməsindən istifadə edərək, birbaşa saytdan şikayətinizi və təkliflərinizi göndərə bilərsiniz. Saytdan bildiyimiz səhvləri mümkün qədər aradan qaldırırıq. Bizi dəstəkləməklə və bu səhvlər barədə bizə bildirməklə də bizə dəstək ola bilərsiniz.

 

Sayta abunə olmaq istəyirəm, amma "Qanun" u qəbul etməyimi tələb edir. Nə etməliyəm: Sayta abunə olmaq istəməsəniz belə, "Qanun"u oxuyub qəbul etməlisiniz. Çünki "Musiqi" saytı "Qanun"a əsasən özünü tənzimləyir. 

 

"Qanun" haqqında məlumat: RahatMp3 saytının "Qanun"unu başqa bir saytda yazmaq, saxta saytlar yaradıb, saytın "Qanun"u yazmaq və yayımlamaq qəti qadağandır! Bu "Qanun" məhz "Musiqi" Saytına məxsusdur.

Dəyən zərər haqqında məlumat: Cihazınızda problem yoxdursa, saytı heç bir problem olmadan açacaqdır. "Musiqi" komandası dəyən zərərə görə heç bir məsuliyyət daşımır.

 

Xüsusi qeyd: "Musiqi" saytı "Qanun"u istənilən vaxt redaktə edə və silə bilər. Gizlilik Siyasəti bölməsinə gedərək "Qanun" bölməsindəki dəyişiklikləri izləyə bilərsiniz. "Qanun"un redaktə tarixi (saatı) Azərbaycanın saat qurşağına (GMT+4:00) əsasən müəyyənləşir.

"Qanun"u sona qədər oxuduğunuz üçün təşəkkür edirik!

Gizlilik Siyasətinə edilən sonuncu dəyişiklik: 30.08.2021, 12:20

bottom of page