Public Beta - Bitəcəyi Tarixi:
- AsanMp3
- Jun 13, 2020
- 1 min read
Updated: Jul 16, 2020

Salam. Biz AsanMp3 saytının Facebook və Instagram səhifələrində bildirmişdik ki, Yeni dizaynlı saytımız (RahatMp3) yayımlandıqdan dərhal sonra Public Beta (İctimai Test) mərhələsində olacaq. Biz RahatMp3 saytında belə bir yazı paylaşmışdıq ki, "Public Beta-nın bitəcəyi tarixi həmin saytın həmin səhifələrində bir neçə gün əvvəl yazacayıq". Hazırda bu barədə məlumatı AsanMp3 saytının Facebook səhifəsindən tapa bilərsiniz.
Əgər sayt Stabil versiyasına keçəndən sonra bir problem aşkar etsəniz, saytda olan Geribildiriş səhifəsinə gedərək çəkinmədən şikayətlərinizi göndərə bilərsiniz.
Saytın üzərində 1 may tarixindən etibarən çalışırıq. 1 may - 26 may tarixləri arasında saytda dizayn işləri ilə məşğul olmuşuq. 18 may - 27 may tarixləri arasında saytımızı Closed Beta (Qapalı Test) mərhələsində yayımlamışdıq. Sayta ilk musiqini 26 may tarixində yükləmişdik. 27 may (saat 19:00) tarixindən bu yana isə sayt Public Beta mərhələsində çalışır. Biz saytı ilk vaxtlar ona görə Beta versiyasında qoyduq ki, saytın həqiqətən Stabil formada işləməsindən əmin olaq. Buna görə də AsanMp3 saytı bu qərara gəldi ki, RahatMp3 saytının Public Beta mərhələsi 15 iyun tarixində bitsin və həmin tarixdən etibarən RahatMp3 saytı Stabil versiyada çalışsın.
Comments