top of page

Public Beta haqqında RahatMp3 saytının məlumatı:

  • Writer: AsanMp3
    AsanMp3
  • Jun 4, 2020
  • 1 min read

Updated: Jul 11, 2020


Salam. Saytımızın üzərində 4 həftəlik iş aparmışdıq və AsanMp3-ün FacebookInstagram səhifələrində bildirmişdik ki, saytımız yayımlandıqdan sonra Public Beta (İctimai Beta) versiyasında olacaq. Saytımız 27 may 2020-ci ildə "işıq" üzü görüb və o tarixdən bu yana saytımız Public Beta mərhələsindədir. Biz bu paylaşımı ona görə paylaşırıq ki, Public Beta mərhələsinin bitəcəyi tarix bizə məlum deyil. Çünki, saytımızda hələ ki bir neçə iş qalıb və saytımızda olan hər hansısa xüsusiyyətdə (geribildiriş, abunə, musiqi oxunması və s.) problem yaranarsa, Public Beta mərhələsindən saytımız Stabil formada çıxa bilsin. Buna görə də bizə bir müddət vaxt lazımdır. Sayta daxil olarkən saytın kompyuter versiyasında "Xoş Gəlmisiniz!" mesaj qutusu görünür. Lakin, həmin qutu saytın mobil versiyasında görünmür. Həmin qutuda saytın Public Beta versiyasında olduğuna görə saytın bir az gec yüklənəcəyinə dair məlumat yazılıb.

Public Beta mərhələsinin bitəcəyi tarixi bir neçə gün əvvəl AsanMp3 saytının Facebook və Instagram səhifələrində qeyd ediləcək. Buna görə də saytımızın Geribildiriş bölməsindən şikayətlərinizi çəkinmədən göndərə bilərsiniz.


Sayta görə əlavə məlumata ehtiyacınız var mı? Onda saytımız Haqqında məlumat öyrənin və Gizlilik Siyasətimizi oxumağı unutmayın! Dəstək olduğunuz üçün və məlumatı axıra kimi oxuduğunuz üçün təşəkkür edirik!

Comments


bottom of page