top of page

Saytlarda səs probleminin həlli. Detallı məlumat:

  • Writer: AsanMp3
    AsanMp3
  • Jun 9, 2020
  • 2 min read

Updated: Jun 11, 2020

Salam. RahatMp3 saytı hər kəsin musiqilərə qulaq asıb, Rahatlıqla musiqi yükləmələri üçün yaradılmışdır.

Bəzən istəməyərəkdən bütün saytlarda olmasa da, bəzi saytlarda problemlərlə üzləşirik. Məsələn: bəzən elə olur ki, musiqi sayt(lar)ından musiqiyə qulaq asarkən musiqidən səs çıxmır. Bu problem adətən istifadəçinin cihazından, daxil olduğu saytdan və ya istifadəçinin brauzerinin parametrlərindən qaynaqlanır. Biz AsanMp3 komandası olaraq, bu problemi həll etməyin üsullarını sizə öyrədəcəyik.


1. Problem cihazınızdan qaynaqlanarsa:

Əgər cihazınız nasazdırsa, cihazınızı təmir üçün səlahiyyətli cihaz servisinə apararaq, təmir etdirə bilərsiniz. Əgər problem cihazınızdan qaynaqlanmırsa, onda digər addımları izləyin.


2. Problem daxil olduğunuz saytdan qaynaqlanarsa:

Tərtibatçılar öz sayt(lar)ında olan problemləri həll etmək üçün saytın özündə bir neçə düzəlişlər aparırlar. Amma bəzən istəməyərəkdən xətalar gözdən qaça bilər. Məsələn, sizə bu məlumatda bəhs edilən problem nə cihazınızdan, nə də brauzerinizin parametrlərindən qaynaqlanmırsa, bu barədə saytın tərtibatçıları ilə əlaqə qurmağa çalışın. Əgər əlaqə qurmaq üçün hər hansısa bir əlaqə məlumatı (telefon nömrəsi, sosial şəbəkələrlə əlaqə saxlamaq üçün linklər) saytda yer almırsa, sizə tövsiyəmiz budur ki, həmin saytlardan uzaq durasınız. Çünki, bu cür saytlar adətən təhlükəli ola bilər.


3. Problem brauzerinizin parametrlərindən qaynaqlanarsa:

Bəzən bilməyərəkdən brauzerin parametrlərində dəyişiklik edərkən səhvlərə də yol verə bilirik və buna görə də bütün saytlarda olmasa da, bəzilərində sonradan qarışıq problemlər yarana bilir. Biz bu problemin həlli yolunu Chrome brauzeri üzərindən göstərəcəyik (bu proseslər Android və IOS cihazlarında da eynilə belədir). Bunu həll etmək üçün aşağıdakı mərhələləri izləyin:


3.1. RahatMp3 saytında musiqi dinləyirsiniz, lakin nə etsəniz belə, musiqinin səsi çıxmır:

3.2. Bunun üçün brauzerinizin sağ küncündə üst-üstə üç nöqtə olan yerə klikləyirsiniz və Ayarlar bölümünü seçirsiniz. Daha sonra qarşınıza şəkildəki kimi bir görüntü çıxacaq:

3.3. Daha sonra aşağı düşərək "Gizlilik ve güvenlik" bölümünə gəlirsiniz. Həmin bölmədən "Site ayarları"nı seçirsiniz:

3.4. "Site Ayarları" na daxil olduqdan dərhal sonra aşağı düşərək "Ses" icazəsini tapırsınız:

3.5. "Ses" bölümünə daxil olduqdan sonra "Sesi kapat" bölməsində əgər saytımızın adı varsa (və ya səsini açmaq istədiyiniz başqa saytın adı varsa), saytın qarşısında üst-üstə üç nöqtə olan yerə klikləyin və "Kaldır" sözünə vurun. Sayt əgər digər tabda açıq qalıbsa, saytı yenidən başladın və saytımızda olan musiqilərə və Video Musiqilərə Rahatlıqla qulaq asın.

Bunu da qeyd edək ki, bu parametrlər brauzerdən brauzerə dəyişir. Əgər bu üsullara baxdınızsa, brauzerinizin parametrlərində və cihazınızda heç bir problem yoxdursa, 2-ci üsula baxaraq probleminizi həll edə bilərsiniz.

Məlumatı axıra kimi oxuduğunuz üçün təşəkkür edirik!

Comments


Commenting on this post isn't available anymore. Contact the site owner for more info.
bottom of page